Prezident Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Prezident Hikmət Çətinin ailəsinə başsağlığı verdi
SİYASƏT
15:04 25.11.2026
63
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı məktubu ünvanlayıb.

AZXEBER.COM xəbər verir ki, məktubda deyilir:

"Türkiyə Respublikasının görkəmli dövlət və ictimai-siyasi xadimi Hikmət Çətinin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Hikmət Çətin Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında münasibətlərin inkişafına, qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə böyük töhfə vermişdir. Onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayacağam.

Bu ağır anlarda dərdinizə şərik çıxır, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"
OXŞAR XƏBƏRLƏR