AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi məlumata görə, Belarusun baş nazirinin birinci müavini Azərbaycana sonuncu dəfə 2008-ci ildə səfər etdiyini və ötən dövr ərzində ölkəmizdə çox böyük inkişaf proseslərinin şahidi olduğunu deyib. Görüşdə Azərbaycanla Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə uğurlu inkişafından məmnunluq ifadə olunub, Gəncə avtomobil zavodunda həyata keçirilən Azərbaycan-Belarus birgə layihəsinin önəmi qeyd edilib, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu vurğulanıb.