Prezident İlham Əliyev: 'Bizi heç kim məcbur edə bilməz'

Prezident İlham Əliyev:
Bütün Xəbərlər
12:38 14.04.2013
995
Qəbələ RLS məsələsi Azərbaycan və Rusiyanın ikitərəfli münasibətlərində heç bir narahatlıq yaratmayıb və yaratmır.AZXEBER.COM-un əlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya 24" telekanalına müsahibəsində bildirib."Azərbaycanın Bakıdan sonra ikinci turizm mərkəzi olan dilbər güşəsi Qəbələdə 300 hektar sahəni əhatə edən RLS-in icarə haqqı ərazisinə görə cəmi 7 milyon dollar təşkil edirdi. Əgər dənizdən uzaqda qalanlar dəniz kənarında istirahət edirlərsə, biz, Xəzərin sahilində yaşayanlar dağlıq ərazilərdə istirahət edirik. Bu səbəbdən bizim istəyimiz ondan ibarət idi ki, bu obyektə görə icarə haqqı reallığa uyğunlaşdırılsın. Birincisi, bu, ötən on il üçün hansısa təzminat olardı, çünki ötən on il ərzində Azərbaycan heç vaxt qiymətə yenidən baxılması ilə bağlı məsələ qaldırmayıb, halbuki hər kəs, düşünürəm ki, Rusiya da başa düşürdü ki, qiymət, yumşaq desək, simvolikdir", - İlham Əliyev bildirib.Qeyd edək ki, "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş"in 9 dekabr 2012-ci il tarixdən qüvvədən düşməsi ilə bağlı Rusiya Federasiyası tərəfindən stansiyanın istismarının 10 dekabr 2012-ci il tarixdən etibarən dayandırılması barədə Azərbaycan tərəfinə nota təqdim edilmişdi.Prezidentin sözlərinə görə, icarə haqqının artırılması həmçinin onunla əsaslandırılır ki, son 5-6 il Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıqda böyük inkişaf hiss olunur, alış-veriş milyard dollarlarla ölçülür."Biz Rusiyanın hərbi texnikasını dünya qiymətləri ilə alırıq. Hesab edirik ki, əgər biz hərbi texnikanı dünyada mövcud olan qiymətlə alırıqsa, digər hesablaşmaları dünya qiymətləri ilə aparırıqsa, onda icarə haqqı da buna uyğun və ya yaxın olmalıdır", - dövlət başçısı vurğulayıb.Onun sözlərinə görə, Qəbələ RLS özlüyündə Azərbaycan üçün heç bir əhəmiyyət daşımır. Bizdə Qəbələ RLS-in aldığı informasiyalardan istifadə etmək üçün vasitələr yoxdur."Bu səbəbdən bu məsələ sırf həm dostluq, həm də kommersiya əsasında tənzimlənməlidir. Biz Rusiya tərəfinə yeni qiymətlərlə daha beş və ya on il müddətinə əməkdaşlığı təklif etdik, lakin bu, qəbul olunmadı. Rusiyada hazırda həm fiziki, həm də mənəvi baxımdan köhnələn Qəbələ RLS-dən daha müasir müşahidə stansiyası mövcuddur. Bu da məsələnin məğzidir. Və bu məsələ, media tərəfini fikirləşməsək, ikitərəfli əlaqələrdə heç bir narahatlıq doğurmayıb və hazırda da doğurmur", - İlham Əliyev bildirib.KİV-lərdə ABŞ-ın təzyiqi ilə Azərbaycanın belə qərar verməsinə dair yazıları şərh edən dövlət başçısı bunların həqiqətəuyğun olmadığını bildirib."Bu, qətiyyən belə deyil. Bizi heç kim məcbur edə bilməz. Xüsusilə də bizi öz strateji tərəfdaşımıza qarşı addım atmağa məcbur etmək ümumiyyətlə mümkün deyil", - Prezident İlham Əliyev vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
06:06 15.08.2025
Herş: ABŞ Qəzzada qalan girovların yeri barədə məlumat alıb
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər