Prezident İlham Əliyev Fransa Senatının son qərarına sərt etiraz etdi

Prezident İlham Əliyev Fransa Senatının son qərarına sərt etiraz etdi
Bütün Xəbərlər
22:07 06.02.2012
1629
Azərbaycan prezidenti İlham Əliyev Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, Fransa Senatında Mərkəzçi və Respublikaçı birlik siyasi qrupunun üzvü, senator xanım Natali Qulenin başçılıq etdiyi parlament nümayəndə heyətini qəbul edib. AZXEBER.COM-un “AzərTAc”a istinadən məlumatına görə, nümayəndə heyətinə senatorlar Silvi Qo-Şavan, Jah-Mari Bokel, Erve More, Andre Rexar və Cani Lorju daxildir.  Dövlət başçısı Fransa Senatında qondarma “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanunun müzakirəsi zamanı tutduqları ədalətli mövqeyə görə xanım Natali Quleyə və digər senatorlara təşəkkürünü bildirib. Prezident İlham Əliyev Fransa Senatında müzakirə olunan bu qanunu tarixi təhrif edən, demokratiyaya, söz azadlığına zidd olan, yalan və saxta məlumatlara əsaslanan təşəbbüs kimi dəyərləndirərək onun qüvvəyə minməyəcəyinə ümidvar olduğunu bildirib.
OXŞAR XƏBƏRLƏR