Prezident İlham Əliyev Fransanın kosmik şirkətlərinin rəhbərlərini qəbul edib

Prezident İlham Əliyev Fransanın kosmik şirkətlərinin rəhbərlərini qəbul edib
Bütün Xəbərlər
15:57 15.04.2013
910
Prezident İlham Əliyev Fransanın "ASTRİUM" şirkətinin prezidenti və baş direktoru Fransua Oku, "European Aeronautic Defence and Space" şirkətinin beynəlxalq məsələlər üzrə direktoru Jan-Pyer Talimonini qəbul edib.AZXEBER.COM-un məlumatına görə, görüşdə iştirak edən Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Azərbaycanın ilk süni peykinin orbitə buraxılmasını tarixi hadisə kimi qiymətləndirdi və Fransa hökumətinin ölkəmizin kosmos proqramlarının həyata keçirilməsinə bundan sonra da dəstək verəcəyini vurğuladı.Fransanın "ASTRİUM" şirkətinin prezidenti və baş direktoru Fransua Ok rəhbərlik etdiyi şirkətin bu sahədə Avropanın ən böyük şirkətlərindən biri olduğunu vurğulayaraq şirkətin həyata keçirdiyi layihələr barədə dövlətimizin başçısına məlumat verdi.Azərbaycanın ilk süni peykinin orbitə buraxılmasını kosmos sənayesinin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirən dövlətimizin başçısı göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.
OXŞAR XƏBƏRLƏR