Prezident İlham Əliyev Hillari Klintonla görüşəcək

Prezident İlham Əliyev Hillari Klintonla görüşəcək
Bütün Xəbərlər
16:04 04.02.2012
1060
Prezident İlham Əliyev ABŞ Dövlət Departamentinin baş katibi Hillari Klintonla Münhendə keçirilən Təhlükəsizlik konfrası çərçivəsində görüşəcək. Bu haqda Birləşmiş Ştatlar Dövlət Departamentinin rəsmi nümayəndəsi xüsusi brifinq zamanı məlumat verib.
Məlumata görə, Hillari Klintonla İlham Əliyev görüş zamanı Cənubi Qafqaz regionunda iqtisadi təhlükəsizliklə bağlı mühüm məsələləri müzakirə edəcəklər.
ABŞ Dövlət Departamenti rəhbərinin həmçinin Rusiya və Ermənistan xarici işlər nazirləri ilə də görüşü planlaşdırılıb. Dövlət Departamenti nümayəndəsinin sözlərinə görə, Rusiya XİN rəhbəri Sergey Lavrovla görüş zamanı tərəflər dünya gündəmi, xüsusilə də, Suriyadakı vəziyyətlə bağlı məsələlər müzakirə ediləcək.
OXŞAR XƏBƏRLƏR