AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazir Kapil Sibal Hindistan Prezidenti Pranab Mukhercinin və Baş nazir Manmohan Sinqhin salamlarını dövlətimizin başçısına çatdırıb. Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunda iştirakından məmnunluğunu bildirən hindistanlı qonaq tədbirin yüksək səviyyədə təşkilinə görə İlham Əliyevə minnətdarlığını ifadə edib.Kapil Sibal Azərbaycan prezidentinin rəhbərliyi ilə son illər ölkəmizin əldə etdiyi böyük uğurların onlarda dərin təəssürat yaratdığını deyib. Nazir informasiya və kommunikasiya texnologiyaları sektorunda ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb.Dövlət başçısı isə Azərbaycanın Hindistan ilə müxtəlif istiqamətlərdə, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib. Ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin yaradıldığını vurğulayan prezident İlham Əliyev bu münasibətlərin genişlənməsində qarşılıqlı səfərlərin önəmini qeyd edib.Dövlət başçısı Prezident Pranab Mukhercinin və Baş nazir Manmohan Sinqhin salamlarına görə minnətdarlığını bildirib və onun da salamlarını Hindistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.