Prezident İlham Əliyev icra başçılarını dəyişdirdi - SƏRƏNCAM
Bütün Xəbərlər
00:01 11.04.2012
1942
Azərbaycanda bir neçə rayonun icra hakimiyyətinin başçısı dəyişdirilib.AZXEBER.COM-un məlumatına görə, prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, Yardımlı rayon icra hakimiyyəti başçısı Xəzər Aslanov tutduğu vəzifədən azad edilərək Xızı rayonunun, Xızının icra hakimiyyəti başçısı Vaqif Abdullayev Beyləqan rayonunun, Beyləqan rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev isə Kürdəmir rayonunun icra hakimiyyətinin başçısı vəzifəsinə təyin ediliblər.