Azərbaycan respublikasının prezidenti İlham Əliyev İslam dinindən danışıb.Bu barədə fikirlərini sosial şəbəkə saytı “Facebook”da paylaş cənab İlham Əliyev milli dəyərlərimizin İslam dəyərləri ilə formalaşdığını, hər bir Azərbaycan uşağının bu ruhda böyüməli olduğunu qeyd edib. “Azərbaycan xalqı və Azərbaycan İslam dünyasının ayrılmaz parçasıdır. Bu, bizim tariximizdir, bu günümüzdür, ənənəmizdir, milli identifikasiyamızdır. Bizim milli dəyərlərimiz İslam dəyərləri əsasında formalaşıbdır. Biz milli dəyərlərimizə çox sadiqik və bu dəyərlər bizim üçün hər şeydən üstündür. Çox şadam ki, gənc nəsil də milli ruhda böyüyür, milli ruhda tərbiyə alır. Biz Azərbaycan xalqının zəngin milli mənəvi dəyərlərini, ənənələrini qorumalıyıq, saxlamalıyıq, təbliğ etməliyik. Hər bir Azərbaycan gənci, hər bir Azərbaycan uşağı bu əhval-ruhiyyədə böyüməlidir”.