Prezident İlham Əliyev milli teleserialların və filmlərin çəkilməsinə 5 milyon pul ayırdı

Prezident İlham Əliyev milli teleserialların və filmlərin çəkilməsinə 5 milyon pul ayırdı
Bütün Xəbərlər
19:46 09.09.2011
2163

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında” sərəncam imzalayıb. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Sərəncamda deyilir ki, müasir dövrdə ölkəmizin ictimai-siyasi və mədəni həyatında yerli televiziya kanallarının yayımladığı verilişlərin və müxtəlif telefilmlərin əhəmiyyəti getdikcə artaraq, gənc nəslin tərbiyəsində əsas amillərdən birinə çevrilir: “Azərbaycanda mənəvi inkişaf sahəsində həyata keçirilən çoxsaylı dövlət proqramları, milli-mənəvi dəyərlərin qorunmasına yönəlmiş geniş tədbirlər yerli kino istehsalının inkişafına, o cümlədən telefilmlərin çəkilişinə ehtiyacı günü-gündən artırır”. Azərbaycan xalqının mədəni irsini təbliğ edən və mənəvi-əxlaqi dəyərlərini aşılayan telefilmlərin milli şüurun formalaşmasında, gənc nəslin inkişafında böyük əhəmiyyətini nəzərə alaraq və dövlət bahçısı qərara alıb ki, milli telefilmlərin, habelə teleserialların çəkilişini dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş

Prezidentin Ehtiyat Fondundan Milli Televiziya və Radio Şurasına 5 (beş) milyon manat vəsait ayrılsın. Sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşmənin təmin edilməsi Maliyyə Nazirliyinə tapşırılıb.

OXŞAR XƏBƏRLƏR