Prezident İlham Əliyev: ''Münaqişənin həlli bizim üçün əsas məsələdir''

Prezident İlham Əliyev:
Bütün Xəbərlər
20:53 18.10.2012
846
Azərbaycan prezidenti İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviçlə görüşdən sonra mətbuat üçün bəyanatla çıxış edib.
APA-nın məlumatına görə, prezident İ. Əliyevin bəyanatında B. İzetbeqoviçin Azərbaycana gəlişinin tarixi, münasibətlərin tarixində ilk yüksək səviyyəli səfər olduğunu bildirib: “Əlaqələrimizin böyük potensialı, böyük gələcəyi var. Ümid edirəm ki, səfər ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələ olacaq. Həmçinin əməkdaşlığımızın tarixi kökləri vardır. Qırx il əvvəl Sarayevo ilə Bakı arasında saziş imzalandı və onlar qardaşlaşmış şəhərlər oldu. Düşünürəm ki, biz hazırda bu tarixi əlaqələri bərpa edirik. Əlbəttə ki, yeni mərhələdə - iki müstəqil dövlət səviyyəsində...”Dövlət başçısı siyasi dialoqun genişləndiyini deyib, Bosniya və Herseqovinaya Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə bağlı göstərdiyi dəstəyə görə minnətdarlıq edib: “Biz də öz tərəfimizdən ölkənizi beynəlxalq təşkilatlarda, beynəlxalq forumlarda dəstəkləyirik”.Prezident İ. Əliyev B. İzetbeqoviçlə iqtisadi əməkdaşlığın perspektivlərini də geniş müzakirə etdiklərini vurğulayıb: “Tamamilə əminik ki, əməkdaşlığımızın bu sahəsinin çox parlaq gələcəyi var. Çünki biz indi iqtisadi sahədə daha fəal işləyəcəyik və işgüzar dairələrin qarşılıqlı fəaliyyətini və sərmayə imkanlarını tam həcmdə müəyyən edəcəyik. Əminəm ki, bizim icra etdiyimiz birgə layihələr xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcək. Azərbaycan ölkədən kənarda da çox fəal sərmayələr yatırır. Dost ölkələrə sərmayə qoyuluşları, şübhəsiz, yüksək dəyərləndirilir. Buna görə də, düşünürəm ki, bu səfər iqtisadi əlaqələrin inkişafına yeni təkan verəcək. Biz bir-birimizi daha da yaxşı tanıyacağıq. Biz indi elə bir dövrdəyik ki, bir-birimizi kəşf edirik.Bu gün, həmçinin regional vəziyyəti müzakirə etdik. Əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün əsas məsələdir. Uzun illərdir ki, bizim ölkə Ermənistanın işğalından əziyyət çəkir. Bu, bir milyon azərbaycanlının doğma torpaqlarından sürgün edilməsi ilə nəticələnib. Biz etnik təmizləmə, işğal ilə üzləşdik. İyirmi ildən artıqdır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizi ermənilərin işğalı altındadır. Beynəlxalq təşkilatlar, o cümlədən BMT Təhlükəsizlik Şurası və Baş Məclisi erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz və təxirə salınmadan çıxarılması ilə bağlı bir çox qətnamə qəbul edib. Təəssüf ki, bu qətnamələr hələ də icra olunmur. Bu münaqişənin beynəlxalq hüquq və ərazi bütövlüyü çərçivəsində tez bir zamanda həlli bütün ölkələr üçün əlverişli olacaqdır.Bizim ölkələrin bir çox oxşarlıqları vardır. Hər iki ölkə başqa bir dövlətin tərkibində yaşayıb. Müstəqilliyimizin əldə edilməsi bir sıra ciddi çağırışlar, problemlər və ölkələrimizə qarşı təcavüz ilə müşayiət olunub. Biz təcavüz, işğal və dağıntılardan əziyyət çəkmişik. Bu, həmçinin bizi birləşdirən cəhətdir. Həm keçmişin xoş xatirələri, həm də 20 il əvvəl baş verənlər bizi birləşdirir. Buna görə də biz bir-birimizi çox yaxşı başa düşürük. Biz bir-birimizin problemlərini başa düşürük, bir-birimizin ağrısını duyuruq. Ölkələrimiz arasında fəal əməkdaşlıq vətəndaş cəmiyyətlərimizdən gələn təbii çağırışdır. Qeyd etdiyim kimi, biz bir-birimizi yenidən kəşf etməkdəyik. Əminəm ki, biz regional əməkdaşlığın nümunəsi olacaq tərəfdaşlıq quracağıq.Bu gün Xəzər və Balkan regionları bir-birinə daha da yaxınlaşmaqdadır. Biz yeni infrastruktur layihələri, yeni boru kəmərləri, regionları bir-birinə daha da sıx bağlayacaq dəmir yolu layihələri gerçəkləşdiririk. Azərbaycan bu regional əməkdaşlığın inkişafında çox maraqlıdır.Bu gün biz cənab Sədr ilə enerji, xüsusən də təbii qaz sahəsində əməkdaşlığın imkanlarını müzakirə etdik. Azərbaycanın böyük ehtiyatları və potensialı vardır. Biz mühüm boru kəmərləri layihələri icra edirik. Bir sözlə, əminəm ki, Bosniya və Herseqovina Sədrinin səfəri əlaqələrimizin tarixində ən mühüm səhifələrdən biri olacaq, əməkdaşlıq üçün yeni imkanlar açacaqdır. Nəticədə bizim ölkələr daha da yaxın olacaq və gələcəkdə biz mühüm işlər görəcəyik”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
17:23 19.06.2025
Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq
"Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək unudulmayacaq"
17:09 19.06.2025
"Türkiyənin üzləşdiyi faciədə Azərbaycan xalqının göstərdiyi dəstək unudulmayacaq"
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
16:46 19.06.2025
Adanada yanğınsöndürmə təyyarəsi qəzaya uğradı, 2 pilot xilas edildi
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
16:45 19.06.2025
Nəcməddin Sadıkovun dindirilməsi istənilib - “Şlyapa Zahid”in məhkəməsi
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
16:41 19.06.2025
“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - Canlı
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
16:36 19.06.2025
"Qısa müddətdə on minlərlə insanın yeni mənzillərlə təmin olunması güclü Türkiyənin təzahürüdür"
Güvən verməyən 4 BÜRC
16:32 19.06.2025
Güvən verməyən 4 BÜRC
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
16:30 19.06.2025
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Ümumi Yığıncağının keçirilmə tarixi müəyyənləşdi
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
16:22 19.06.2025
Ali Yerlikaya: Türkiyə üçün Qarabağ nədirsə, Azərbaycan üçün də Kahramanmaraş odur
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
16:12 19.06.2025
Kahramanmaraşda Azərbaycan və Türkiyə prezidentlərinin görüşü oldu
Finlandiya Ottava müqaviləsindən çıxır
16:05 19.06.2025
Finlandiya Ottava müqaviləsindən çıxır
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
15:53 19.06.2025
“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib - Fotolar
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
15:36 19.06.2025
İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
15:32 19.06.2025
Rusiya XİN: 550-ə yaxın vətəndaşımız İrandan Azərbaycan və Ermənistan vasitəsilə təxliyə edilib
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
15:13 19.06.2025
Paşinyan Minskdəki Aİİ sammitinə getməyəcək
Gecələri ventilyatorla yatanlara XƏBƏRDARLIQ
15:10 19.06.2025
Gecələri ventilyatorla yatanlara XƏBƏRDARLIQ