Prezident İlham Əliyev Nigeriya prezidentinə başsağlığı verib

Prezident İlham Əliyev Nigeriya prezidentinə başsağlığı verib
Bütün Xəbərlər
02:01 28.08.2011
1371

Azərbaycan Prezidentiİlham ƏliyevNigeriya Federativ Respublikasının PrezidentiQudlak Conatana başsağlığı verib. Başsağlığı məktubunda deyilir: "Hörmətli cənab Prezident, Abuca şəhərində terror aktı törədilməsi nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq. Bu dəhşətli hadisədən hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik. Faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasınıarzulayıram".

OXŞAR XƏBƏRLƏR