Prezident İlham Əliyev Novruz şənliyində iştirak etdi

Prezident İlham Əliyev Novruz şənliyində iştirak etdi
Bütün Xəbərlər
15:28 19.03.2012
1609
Bu gün Bakıda Azərbaycan xalqının milli bayramı Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliklərində iştirak ediblər.Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər. Meydana toplaşmış minlərlə şəhər sakini, paytaxtın qonaqları dövlətimizin başçısını və xanımını hərarətlə qarşılayıblar.Milli geyimli uşaqlar Azərbaycan Prezidentinə və xanımına bayram xonçası təqdim ediblər. Uşaqlar Prezident İlham Əliyevi və Mehriban xanım Əliyevanı Novruz bayramı münasibətilə təbrik ediblər.İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanıblar. Dədə Qorqud xeyir-dua verərək, Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.Milli geyimli uşaqlar meydanda rəqs ediblər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururub.Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb. Dövlət başçısı bayram şənliyində nitq söyləyib.Sonra Azərbaycan Prezidenti və xanımı Dənizkənarı Milli Parka gəliblər. Dövlət başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar. Kosa və Keçəl rezidenti və xanımını bayram münasibətilə təbrik edinlər, dövlət başçısı ilə yumurta döyüşdürüblər.Azərbaycanın müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları maraqla qarşılanıb. Prezident İlham Əliyev və Mehriban Əliyeva aşıqların, muğam ifaçılarının çıxışlarını dinləyiblər.Milli Parkda təşkil edilən “Şərq bazarı” bayram şənliyinə xüsusi çalar qatıb. Burada ölkəmizin müxtəlif bölgələrində hazırlanmış sənətkarlıq nümunələri nümayiş olunub.Dövlət başçısına və xanımına hədiyyələr təqdim edilib.Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstəriblər.Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izləyiblər, qədim el sənətlərinin nümunələrinə baxıblar.Dövlət başçısı və xanımı bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış olublar.Azərbaycan prezidenti və xanımı manqalda bişirilən kababın dadına baxıblar. Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu mərasimdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim edilib. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva bayram şirniyyatları ilə çay içiblər.Dövlət başçısı və xanımı, həmçinin gənc rəssamların, modelyerlərin və el sənətkarlarının əl işlərinə tamaşa ediblər.İncəsənət ustaları, meyxanaçılar, aşıqlar, kəndirbazlar, nağaraçılar xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdiriblər. Milli parkda təşkil edilmiş “Şərq bazarı”nda, həmçinin Azərbaycanın müxtəlif bölgələrində yetişdirilən və istehsal olunan ərzaq məhsulları da sərgilənib.Azərbaycan Qol Güləşi Federasiyasının üzvlərinin çıxışları diqqətlə izlənilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva pəhləvanlar və güləşçilərlə xatirə şəkli çəkdiriblər.Bahar qız Prezident İlham Əliyevə və Mehriban xanıma bayram xonçası təqdim edib.Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri də şənlik iştirakçılarında maraq doğurub.Dənizkənarı Milli Parkda təşkil olunan bayram tədbiri zamanı Prezident İlham Əliyevə Azərbaycanda keçiriləcək 17 yaşadək qadın futbolçular arasında dünya çempionatına oyunların ilk bileti təqdim edilib.Dövlət başçısına çempionatın oyunlarına bilet satışı barədə də məlumat verilib. Bildirilib ki, bu il sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək bu mötəbər yarışa biletlər aprelin 16-dan onlayn satışa çıxarılacaq.Azərbaycan Prezidenti və xanımı 2020-ci il Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı aparılan dəstək kampaniyası çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinə müraciət formasını imzalayıblar.Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Dənizkənarı Milli Parkdan şəhərin mənzərəsini seyr ediblər.Dövlət başçısı onun pişvazına və bayram gəzintisinə çıxmış Bakı sakinlərinə və paytaxtımızın qonaqlarına Novruz münasibətilə bir daha xoş arzularını yetirib.Novruz bayramı münasibətilə keçirilən şənliklərdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.**11:25
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanlı məşhurların futbol komandası Moskvada qalib oldu
10:31 14.06.2025
Azərbaycanlı məşhurların futbol komandası Moskvada qalib oldu
Orxan Lökbatanlı: “Mənim mahnılarımı oxuyanlardan bir xahişim var…”
10:27 14.06.2025
Orxan Lökbatanlı: “Mənim mahnılarımı oxuyanlardan bir xahişim var…”
Tehranın Mehrabad hava limanında partlayış baş verib
10:21 14.06.2025
Tehranın Mehrabad hava limanında partlayış baş verib
Aysel Əlizadə: “Bir az tez böyüdüm…”
10:19 14.06.2025
Aysel Əlizadə: “Bir az tez böyüdüm…”
“Yeni hədəf onlar olacaq” - İrandan xəbərdarlıq
10:10 14.06.2025
“Yeni hədəf onlar olacaq” - İrandan xəbərdarlıq
Tanınmış tarzən vəfat etdi
10:06 14.06.2025
Tanınmış tarzən vəfat etdi
"Qalatasaray"ın ulduzu daha bir klubun hədəfində
10:04 14.06.2025
"Qalatasaray"ın ulduzu daha bir klubun hədəfində
İran HHQ Türkiyə ilə sərhəddə İsrail PUA-larını zərərsizləşdirib
09:59 14.06.2025
İran HHQ Türkiyə ilə sərhəddə İsrail PUA-larını zərərsizləşdirib
Yol polisindən “Son zəng”lə bağlı XƏBƏRDARLIQ
09:57 14.06.2025
Yol polisindən “Son zəng”lə bağlı XƏBƏRDARLIQ
İsrail müdafiə naziri: İranda strateji hədəflərə zərbələr davam edir
09:47 14.06.2025
İsrail müdafiə naziri: İranda strateji hədəflərə zərbələr davam edir
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
09:46 14.06.2025
Həkim sevgilisini videoları ilə şantaj edənə hökm oxundu - Deputatlığa namizəd olubmuş
İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 70-ə çatıb
09:41 14.06.2025
İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 4-ə, yaralıların sayı 70-ə çatıb
Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq
09:38 14.06.2025
Bu gün Azərbaycan məktəblərində 113 minə yaxın məzun üçün “Son zəng” çalınacaq
İran İsrailə doğru 100-dən az raket atıb, onların əksəriyyəti vurulub
02:47 14.06.2025
İran İsrailə doğru 100-dən az raket atıb, onların əksəriyyəti vurulub
İran hücumu nəticəsində İsraildə azı 35 nəfər yaralanıb
01:36 14.06.2025
İran hücumu nəticəsində İsraildə azı 35 nəfər yaralanıb
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb - FOTOLAR
00:37 14.06.2025
Xarici vətəndaşların öz ölkələrinə qayıtması üçün Astara məntəqəsindən keçmələrinə şərait yaradılıb - FOTOLAR