Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının dövlət başçısı Barak Obamaya başsağlığı verib: "Boston şəhərində törədilmiş partlayışlar nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbər məni son dərəcə kədərləndirdi.Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".