Prezident İlham Əliyev Ramazan ayıyla bağlı 'facebook'da nə yazdı? - STATUS

Prezident İlham Əliyev Ramazan ayıyla bağlı
Bütün Xəbərlər
17:17 09.08.2012
4783
"Azərbaycan xalqı və ölkəmiz islam dünyasının ayrılmaz parçasıdır. Bu, bizim tariximizdir, bu günümüzdür, ənənəmizdir, milli identifikasiyamızdır".

AZXEBER.COM-un məlumatına görə, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi “Facebook” səhifəsində yerləşdirilib.

Azərbaycan və ingilis dillərində yayımlanan fikirlərdə dövlət başçısı vurğulayıb ki, bizim milli dəyərlərimiz İslam dəyərləri əsasında formalaşıb: “Biz milli dəyərlərimizə çox sadiqik və bu dəyərlər bizim üçün hər şeydən üstündür. Çox şadam ki, gənc nəsil də milli ruhda böyüyür, milli ruhda tərbiyə alır. Biz Azərbaycan xalqının zəngin milli mənəvi dəyərlərini, ənənələrini qorumalıyıq, saxlamalıyıq, təbliğ etməliyik. Hər bir Azərbaycan gənci, hər bir Azərbaycan uşağı bu əhval-ruhiyyədə böyüməlidir”.

OXŞAR XƏBƏRLƏR