Prezident İlham Əliyev rumıniyalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev rumıniyalı həmkarını təbrik etdi
Bütün Xəbərlər
18:47 30.11.2012
862
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rumıniyanın Prezidenti Trayan Beseskuya təbrik məktubu ünvanlayıb.
AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Rumıniyanın milli bayramı – Birlik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan-Rumıniya münasibətləri dinamik inkişaf yolundadır. Ölkələrimiz arasında daim genişlənən dostluq əlaqələri ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız üçün möhkəm zəmin yaratmışdır.
İqtisadi təşəbbüslərimizin gerçəkləşməsi istiqamətində atdığımız addımlar özünün məzmunu və perspektivləri ilə münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir. Əminəm ki, dostluq və tərəfdaşlıq əlaqələrimizi daha da möhkəmləndirmək üçün bundan sonra da səylərimizi ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına sülh və rifah diləyirəm".
OXŞAR XƏBƏRLƏR