Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi
Bütün Xəbərlər
13:00 20.01.2013
1426

Azərbaycan prezidenti “Əbədi məşəl” abidəsi önünə əklil qoyub

Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.

AZXEBER.COM "AzərTAc"a istinadən bildirir ki, səhər Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəldi. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoydu. Müdafiə Nazirliyinin Əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın Dövlət himni səsləndi. X X X Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etməyə gəlmişdilər. X X X Şəhidlər xiyabanının ziyarət olunması mərasimində baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak edirdilər.

OXŞAR XƏBƏRLƏR