Prezident İlham Əliyev Sinqapurda dövlət səfərindədir - FOTO
Bütün Xəbərlər
09:28 21.11.2012
815
Sinqapur Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 21-də “İstana” sarayında rəsmi qarşılanma mərasimi olmuşdur.Azərbaycan dövlətinin başçısını Sinqapur Prezidenti Toni Tan qarşıladı.Azərbaycan və Sinqapur Respublikalarının dövlət bayraqlarının dalğalandığı sarayın qarşısında Prezident İlham Əliyevin şərəfinə fəxri qaravul dəstəsi düşülmüşdü.Fəxri qaravul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi. Azərbaycanın və Sinqapurun dövlət himnləri səsləndi.Dövlət başçıları fəxri qaravul dəstəsinin qarşısından keçdilər. Prezident İlham Əliyev “İstana” sarayının fəxri qonaqlar kitabını imzaladı.Azərbaycan nümayəndə heyəti Sinqapur Prezidentinə, Sinqapurun dövlət və hökuməti üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu.