AzərbaycanPrezidenti İlham Əliyev bu gün Afaq Məsud qızı Vəliyevanın Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
AZXEBER.COM-un məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Afaq Vəliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru təyin edilsin.