Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Prezident İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
Bütün Xəbərlər
22:38 01.11.2011
1122

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Türkiyə Respublikasının ədliyyə naziri Sadullah Erginin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZXEBER.COM-un Azərtac-a istinadən xəbər verir ki, Sadullah Ergin Türkiyə Prezidenti Abdullah Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. O, nazir kimi ilk rəsmi səfərini Azərbaycana etməsindən məmnunluğunu bildirdi. Ölkələrimizin ədliyyə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan Sadullah Ergin bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib. Dövlət başçısı Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən ədliyyə sahəsində uğurla inkişaf etdiyini vurğulayıb. Sadullah Erginin ədliyyə naziri vəzifəsinə təyin olunduqdan sonra ilk rəsmi səfərini qardaş ölkəyə etməsinə toxunan Prezident İlham Əliyev bunun ölkələrimiz arasında artıq gözəl bir ənənəyə çevrildiyini deyib. Bu yaxınlarda Türkiyənin İzmir şəhərində keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasını xatırlayan dövlətimizin başçısı əlaqələrimizin daha da genişləndirilməsi baxımından toplantının böyük önəm daşıdığını qeyd edib.

OXŞAR XƏBƏRLƏR