Prezident İlham Əliyev Ukraynadakı gənc liderimizi təltif etdi

GƏNCLİK
17:32 29.12.2017
2685

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə bir qrup şəxsin "Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 

Prezidentin Sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilənlər arasında Ukrayna Azərbaycanlı Gənclər Birliyinin(UAGB) sədri İlhamə Allahverdiyeva da var.

Ukrayna Azərbaycanlı Gənclər Birliyi(UAGB) Azərbaycanın xaricdəki ən fəal və strukturlaşmış gənclər birlikləri siyahısında ilk sıralarda gəlir.

OXŞAR XƏBƏRLƏR