Prezident İlham Əliyev Uqo Çavesi təbrik etdi

Prezident İlham Əliyev Uqo Çavesi təbrik etdi
Bütün Xəbərlər
16:55 09.10.2012
862
Azərbaycan prezidenti İlham Əliyev Venesuela Bolivar Respublikasının prezidenti Uqo Rafael Çaves Friasa təbrik məktubu ünvanlayıb.
AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir:"Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Venesuela arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək".İlham Əliyev Uqo Çavesə möhkəm cansağlığı, xoşbəxtlik, dost Venesuela xalqının rifahı naminə fəaliyyətində uğurlar diləyib.
OXŞAR XƏBƏRLƏR