Prezident İlham Əliyev Yevlax sakinləri ilə görüşdü

Prezident İlham Əliyev Yevlax sakinləri ilə görüşdü
Bütün Xəbərlər
07:38 08.10.2012
897
Oktyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev Yevlax şəhərinə səfəri çərçivəsində Kür çayının sahilində salınan “Bulvar” istirahət mərkəzində aparılan tikinti və yenidənqurma işləri ilə tanış olub.
AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısının diqqətinə çatdırılıb ki, bir neçə il əvvəl şəhərin Kür qırağının abadlaşdırılması, burada yeni bulvarın salınması ilə bağlı icra olunmağa başlanan layihə uğurla davam etdirilir. Bundan əsas məqsəd Kür çayının sahilini turizm zonasına çevirmək, insanların mənalı istirahətinə yardımçı olmaq və şəhərin simasına yeni memarlıq elementi daxil etməkdir.Bildirilib ki, şəhər əhalisinin istirahətinin səmərəli təşkili məqsədilə Kür çayının Yevlax şəhərinin ərazisindən keçən hissəsinin sağ sahili boyunca salınan “Bulvar” istirahət mərkəzinin uzunluğu 2,5 min metr, ümumi sahəsi 8,2 hektardır. Onun bir hissəsi sahil boyunca, digər hissəsi isə estakadalar üzərində yerləşir. Tikinti işlərinin gedişində istinad divarları tikilmiş, sütunlar inşa olunub. İstirahət zonasında müxtəlif həcmli 22 fəvvarə, şəlalə, dayaqlar üzərində 86 tağbənd də tikilib. “Bulvar” istirahət mərkəzində müasir işıqlandırma sistemi yaradılıb, uşaqlar üçün attraksionlarla təchiz olunan əyləncə guşəsi qurulub.Vurğulanıb ki, idmana olan maraq nəzərə alınaraq burada futbol və voleybol meydançaları inşa olunub, çimərlik zonası salınıb. Hazırda Kür çayının sahilində beşulduzlu otel binasında tikinti işləri davam etdirilir.“Bulvar” istirahət mərkəzində yaradılmış şərait Azərbaycanın hər bir bölgəsində abadlıq və quruculuq işlərinin aparılmasının dövlətin diqqət mərkəzində olduğunu göstərir.“Bulvar” istirahət mərkəzi ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti burada Yevlax şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan prezidentinə minnətdarlıq edib.Sonda xatirə şəkli çəkdirilib.
OXŞAR XƏBƏRLƏR