Prezident İlham Əliyevə 'Hər zaman İrəli'də mükafatı təqdim edildi - FOTOLAR

Prezident İlham Əliyevə
Bütün Xəbərlər
15:20 29.11.2012
1152
28 noyabr tarixində “Bakı Ekspo” sərgi kompleksində I Azərbaycan Beynəlxalq idman, idman ləvazimatı və geyimi, həmçinin gənclər təşkilatlarının IV Respublika sərgilərinin açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev, ölkənin birinci xanımı Mehriban Əliyeva, Gənclər və İdman Naziri Azad Rəhimov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, idman federasiya rəhbərləri, bir sıra dövlət nümayəndələri, millət vəkilləri iştirak ediblər. Açılış mərasimindən sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin pavilyonları ilə tanış olublar. "İRƏLİ" İctimai Birliyinin sədri Rauf Mərdiyev Prezidentə təşkilatın fəaliyyəti, qazandığı nailiyyətləri barədə məlumat verib, keçirilmiş layihələrlə tanış edib. Prezident İlham Əliyev təşkilatın fəaliyyətini izlədiyini və fəaliyyəti bəyəndiyini söyləyib. Daha sonra Rauf Mərdiyev gənclərə göstərdiyi yüksək etimad və dəstək üçün “İRƏLİ” üzvləri adından Prezident İlham Əliyevə "HƏR ZAMAN İRƏLİDƏ" mükafatını təqdim edib. Cənab Prezident öz növbəsində "İRƏLİ" İctimai Birliyinə gələcək fəaliyyətində uğurlar arzulayıb. Qeyd edək ki, sərgidə 76 gənclər təşkilatı iştirak edir. Sərgi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş “Azərbaycan Gəncləri 2011-2015” Dövlət proqramı çərçivəsində keçirilir. Sərgi 30 noyabr tarixinə qədər davam edəcək.
OXŞAR XƏBƏRLƏR