Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə yazılan kitab nəşr olundu

Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə yazılan kitab nəşr olundu
MEDİA
16:42 07.05.2013
1643
“Azteleradio” QSC-nin sədr müavini İbrahim Məmmədovun ”Azərbaycana qarşı Sumqayıt təxribatı. “Qriqoryanın işi” adlı monoqrafiyası çapdan çıxıb.AZXEBER.COM-un məlumatına görə, bu kitab Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə yazılıb və nəşr olunub.Monoqrafiyanın elmi redaktoru və ön sözün müəllifi Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir.Monoqrafiya AMEA-nın A.Bakıxanov adına Tarix institunun Şurasının qərarı ilə çap olunub.Bu 1988-Cİ İL Sumqayit hadisələrinə həsr olunmuş ilk monoqrafiyadır.1988-ci il Sumqayıt hadisələri Ermənistanın rəsmi informasiya siyasətinin əsas “arqumenti”dir. Sumqayıt hadisələri onların Azərbaycana qarşı istifadə etdikləri yeganə psevdo-arqumentə çevrilmişdi. Bu monoqrafiya onların bu yalançı “arqumenti”ni puç edir.Bu kitabın yazılması üçün 34 cild cinayət işi oxunub. Moskvada mühüm adamlarla-KQB-nin sədrinin 1-müavini Filip Bobkovla, məşhur hüquqşünas, Sumqayıt hadisələrinin təhqiqatında iştirak etmiş Vladimir Kalniçenko ilə və Azərbaycanda çoxsaylı rəsmi şəxslərlə söhbətlər aparılıb. Azərbaycan MTN və Baş Prokurorluğun arxiv sənədlərindən istifadə olunub.Kitabda Sumqayıt hadisələrinin erməni millətçiləri və Moskvadakı imperialist dairələrin, o cümlədən də SSRİ DTK və Sov. İKP MK-dakı antiazərbaycan ovqatlı şəxslərin əli ilə təşkil olunduğu sənədlər və ifadələrlə sübut olunur."Azərbaycana qarşı SUMQAYIT TƏXRİBATI. "Qriqoryanın işi" adlı monoqrafiyanın türk, ingilis, rus, fransız və alman dillərində olması nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR