Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyni qəbul edib. İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyn prezident Mahmud Əhmədinejadın salamlarını dövlət başçısına çatdırıb.Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən humanitar sahədə inkişafından məmnunluq ifadə edilib, ötən il Azərbaycan Respublikası mədəniyyət günlərinin İranda, bu il isə İran İslam Respublikası mədəniyyət günlərinin Azərbaycanda keçirilməsinin əlaqələrimizin daha da genişləndirilməsi işinə töhfə verəcəyi vurğulanıb.