Prezident Kobaxidzeyə zəng etdi

Prezident Kobaxidzeyə zəng etdi
SİYASƏT
12:08 25.09.2026
165
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeyə zəng edib.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyev İrakli Kobaxidzeni ad günü münasibətilə təbrik edib, ona cansağlığı və fəaliyyətində uğurlar, həmçinin gürcü xalqına rifah arzulayıb.

Gürcüstanın Baş naziri göstərilən diqqətə görə dövlət başçısına minnətdarlığını bildirib.

Telefon danışığı zamanı ölkələrimiz arasında mövcud strateji tərəfdaşlıq və mehriban qonşuluq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR