Prezident "LİFAN" tövsiyə etmişdi - Nazirlər “BMW”, deputatlar isə hələ də “Mercedes” sürür (VİDEO)

Prezident "LİFAN" tövsiyə etmişdi -  Nazirlər “BMW”, deputatlar isə hələ də “Mercedes” sürür  (VİDEO)
SOSİAL
13:56 25.05.2017
17363
 
2016-cı ildə prezident İlham Əliyev məmurlara xarici avtomobillərdən düşüb, Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan "LİFAN”a minməyi tövsiyə etdi. Həmin ərəfədə bir çox məmurlar açıqlama verərək, yerli istehsal olan avtomobilə keçəcəyini bildirsə də, zavodun fəaliyyəti ilə bağlı məlumatlardan görünür ki, məmurlar sözlərini əmələ çevirməyiblər.

Ötən ay Dövlət Statistika Komitəsinin rəsmi məlumatında qeyd olunub ki, Naxçıvan Avtomobil Zavodu (NAZ) istehsalı bir neçə ay öncə dayandırıb. Komitənin hesabatına görə, bu il ərzində ölkədə avtomobil istehsal edilməyib.

Son məlumata görə, sözügedən zavod may ayında məhdud sayda avtomobil istehsalına başlayıb.
 
Bir çox dünya ölkələrində məmur avtomobillərinin markalarına və ucuzluğuna diqqət çəkilən yazıda qeyd olunur ki, Azərbaycanda məmurların əksəriyyətinin xidməti avtomobili mövcuddur. Ölkədə daha çox Almaniya istehsalı olan avtomobillərə üstünlük verilir. Xüsusilə də bu, bahalı "BMW”lərdir. Lakin statistikaya baxdıqda görmək olur ki, neftin qiymətinin ucuzlaşması, manatın dollara nisbətdə dəyərdən düşməsi bu məsələyə də təsir edib. Belə ki, 2012-ci ildə yayılan statistikaya görə, 2006-cı ildən 2011-ci ilədək Azərbaycanda xidməti avtomobillərin alınmasına dövlət büdcəsindən 400 milyon manat vəsait xərclənib.

2016-cı ildə nəqliyyat vasitələrinin alınması üçün dövlət büdcəsindən cəmi 6.5 milyon manat ayrılıb. Statistik rəqəmlərdən aydın olur ki, ölkədə məmurların istifadə etdikləri avtomobillərin qiyməti 70-100 min manat arasında dəyişir. Yalnız məmurların xidməti avtomobillərinə çəkilən xərclər təkcə onların alınması zamanı xərclənən vəsaitlə bitmir, il ərzində də bu avtomobillərin təmiri üçün büdcədən pul ayrılır...

Milli Məclisin 11 komitə sədrinin xidməti avtomobili "Mercedes E-Class”dır. Onların əvvəlki xidməti avtomobilləri "Nissan Maxima” olub. Bu avtomobillərin qiyməti 80-100 min manatdır. İcra başçılarının əksəriyyəti isə "BMW”lərdə gəzirlər. SOCAR-ın rəhbər şəxslərinin xidməti avtomobilləri "Audi” və "Mercedes”dir.

Nazirlərimiz də əsasən "Mercedes” və "BMW”lərdən istifadə edir. (Yeni Müsavat)
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bu tarixdə hava dəyişir - Temperatur 3-4 dərəcə enəcək
19:18 26.07.2026
Bakıda bu tarixdə hava dəyişir - Temperatur 3-4 dərəcə enəcək
Dənizə girməyin, bina və reklam lövhələrindən uzaq durun! - XƏBƏRDARLIQ
19:04 26.07.2026
Dənizə girməyin, bina və reklam lövhələrindən uzaq durun! - XƏBƏRDARLIQ
Sibiqa Tokayevə təşəkkür edib: Ukrayna müharibənin cəbhə xətti boyunca dondurulmasına razılıq verib
18:53 26.07.2026
Sibiqa Tokayevə təşəkkür edib: Ukrayna müharibənin cəbhə xətti boyunca dondurulmasına razılıq verib
Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır
18:44 26.07.2026
Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
18:38 26.07.2026
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
İrlandiyada türk məscidinə hücum edilib
18:33 26.07.2026
İrlandiyada türk məscidinə hücum edilib
İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb
18:29 26.07.2026
İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb
Finlandiya Prezidenti: “Ukrayna müharibə başlayandan bəri ən güclü mövqeyindədir”
18:17 26.07.2026
Finlandiya Prezidenti: “Ukrayna müharibə başlayandan bəri ən güclü mövqeyindədir”
“Buna görə Ukraynaya cavab verəcəyik”
18:10 26.07.2026
“Buna görə Ukraynaya cavab verəcəyik”
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
18:06 26.07.2026
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
Kremldən Vaşinqtona xəbərdarlıq - “Bir tərəfdən silah verirsiniz, digər tərəfdən...”
18:00 26.07.2026
Kremldən Vaşinqtona xəbərdarlıq - “Bir tərəfdən silah verirsiniz, digər tərəfdən...”
Türkiyədə ət emalı zavodunda kütləvi zəhərlənmə olub
17:53 26.07.2026
Türkiyədə ət emalı zavodunda kütləvi zəhərlənmə olub
Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır
17:47 26.07.2026
Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır
Konqoda Ebola virusuna yoluxma sayı artır, tibb işçiləri tətilə başlayıb
17:38 26.07.2026
Konqoda Ebola virusuna yoluxma sayı artır, tibb işçiləri tətilə başlayıb
İran ABŞ-nin itkilərini açıqladı: FANTASTİK RƏQƏM
17:29 26.07.2026
İran ABŞ-nin itkilərini açıqladı: FANTASTİK RƏQƏM
Britaniyanın Keniyada hərbi təlimi ləğv etməsinin səbəbləri açıqlanıb
17:22 26.07.2026
Britaniyanın Keniyada hərbi təlimi ləğv etməsinin səbəbləri açıqlanıb