Prezident Milli Məclisin iclasında Ermənistana hansı mesajları verdi? - ŞƏRH

Prezident Milli Məclisin iclasında Ermənistana hansı mesajları verdi? - ŞƏRH
SİYASƏT
16:34 25.09.2024
2075
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də VII Çağırış Milli Məclisin ilk iclasında iştirak edib.
 
Dövlət başçısı iclasda çıxış edərək nitq söyləyib.
 
Ölkə başçısının ali tribunadan səsləndirdiyi fikirlər diqqət çəkib.
 
Prezident iclasda müxtəlif məsələlərdən, eləcə də sülh müqaviləsini imzalamaq istəməyən Ermənistandan, o cümlədən Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki qələbəsini həzm edə bilməyən xarici qüvvələrdən danışıb.
 
Bəs, dövlətimizin başçısı "Qələbəmizi həzm edə bilməyən xarici dairələr bizə qarşı yeni planlar hazırlayır" dedikdə hansı qüvvələri nəzərdə tutur?
 
Ali Baş Komandan Ermənistanın yenidən silahlandırıldığını və müharibəyə hazırlaşdığını da qeyd etdi.
 
Görəsən, bu mesaj yeni müharibə siqnalı ifadə edə bilərmi?
 
Məsələylə bağlı VII Çağırış Milli Məclisin deputatı Hikmət Babaoğlu AZXEBER.COM-a açıqlama verib.

 

Deputat bildirib ki, Prezident Parlamentin ilk iclasında Azərbaycanın milli vəzifələrini ön plana çəkdi:
 
"Azərbaycan Prezidenti VII Çağırış Parlamentinin açılışında etdiyi nitqində bir sıra mühüm məsələlərə toxundu. Azərbaycanın yaratdığı reallıqlar kontekstində yeni milli vəzifələrimizə işarə etdi. Azərbaycan Prezidenti bir nömrəli milli vəzifə kimi hərbi təhlükəsizlik məsələsini önə çəkdi. Bu da səbəbsiz deyil. Əslində, Azərbaycan Prezidenti nitqinin başqa bir hissəsində belə bir qiymətləndirmə apardı ki, Azərbaycanın suverenliyini qəbul etməyən qüvvələr var və biz bu gücləri görürük. Daha aydın şəkildə isə bir il öncə keçirdiyimiz lokal antiterror əməliyyatları nəticəsində gördük. Ona görə də regionda vəziyyəti mürəkkəbləşdirməklə üçüncü Ermənistan-Azərbaycan müharibəsi hazırlamaq istəyən revanşist mərkəzlər mövcud olduğuna görə Azərbaycan öz hərbi qüdrətini artırmalıdır".
 
Millət vəkili əlavə edib ki, Ermənistanın 30 ildə torpaqlarımızdan əl çəkməməsi və yenidən revanşist əməllər törətməsi qəbuledilməzdir:
 
"Əgər biz müharibədən ötən dörd il müddətində Ermənistanın, onu himayə edən ölkələrin davranışlarına baxsaq, görəcəyik ki, ötən dörd il Azərbaycanı müharibəyə doğru aparır. Sülhə yaxınlaşdırmır. Çünki Ermənistan silahlandırılır. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, bu ölkəni bəzən Fransa, bəzən isə Hindistan və digər ökələr maliyyələşdirir. Nəticə etibarilə, silahlanma Azərbaycana qarşı hesablanır. Otuz il qonşu ölkənin, yəni Azərbaycanın əbədi və əzəli torpaqlarını işğal altında saxlamış bir ölkənin yenidən silahlandırılması, revanşist müharibəyə sürüklənməsi qəbuledilməzdir. Bu baxımdan, Azərbaycan öz gücünə arxalanır, inanır. Şübhəsiz ki, İlham Əliyevin də dediyi kimi, "biz hər an Ermənistanın təxribatlarına hazır olmalıyıq". Doğrudan da biz sülh istəyiriksə, mütləq müharibə şəraitinə hazır olmalıyıq. Düşünürəm ki, Azərbaycan Prezidentinin nitqində bu ifadələr ümumi məzmunda çox səciyyəvi şəkildə özünü biruzə verib".
 
Mövzuya münasibət bildirən politoloq Tural İsmayılov AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, Prezidentin xarici qüvvə adlandırdığı güclər məhz Ermənistan vasitəsilə Cənubi Qafqazda gərginlik yaratmağa çalışan Qərb imperializmidir:

 

"Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, Qərb imperializmi Ermənistan vasitəsilə Cənubi Qafqaz bölgəsində gərginlik yaratmağa çalışır. Əlbəttə ki, Qərb imperializminin bu təhlükəli hərəkətləri nəticədə Azərbaycann bölgədə sülhlə bağlı təşəbbüslərinin və planlarının aradan qalxmasına səbəb olur. Bu, istənilən halda Ermənistanın kütləvi şəkildə silahlandırılması, sözügedən ölkəyə Qərbin göstərdiyi dəstəklər Azərbaycanla bölgədə ədalətsizlik yaradır. Cənab Prezident İlham Əliyev də məhz buna görə öz mesajında vurğuladı ki, bu gün Azərbaycanın qazandığı qələbədən sonra regiondakı yeni reallıqları həzm edə bilməyən qüvvələr var və həmin güclər vəziyyəti daha da gərginləşdirməyə çalışırlar".
 
Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda dərc edilib.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib
İran Ermənistana xəbərdarlıq edib
19:48 05.11.2026
İran Ermənistana xəbərdarlıq edib
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
19:33 05.11.2026
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
19:11 05.11.2026
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
18:56 05.11.2026
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
18:34 05.11.2026
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
18:22 05.11.2026
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
Tikinti və inşaat materialları sektorunun axşam ziyafəti keçirildi - FOTOLAR
18:21 05.11.2026
Tikinti və inşaat materialları sektorunun axşam ziyafəti keçirildi - FOTOLAR
Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək
17:53 05.11.2026
Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək
Aİ Ukraynaya 4,36 milyard avro köçürüb
17:47 05.11.2026
Aİ Ukraynaya 4,36 milyard avro köçürüb
Türkiyə MN: Sərhəddə əsgərin öldüyü hadisədə atəşin İrandan açıldığı ehtimal edilir
17:40 05.11.2026
Türkiyə MN: Sərhəddə əsgərin öldüyü hadisədə atəşin İrandan açıldığı ehtimal edilir