Prezident Nəqliyyat Nazirliyinə 4 milyon manat ayırdı

Prezident Nəqliyyat Nazirliyinə 4 milyon manat ayırdı
Bütün Xəbərlər
00:22 24.07.2014
639

Azərbaycan Prezidenti İlham Əliyev Bakı-Quba magistralı-Xızı rayonunun Şuraabad qəsəbəsi avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Bakı-Quba magistralı-Xızı rayonunun Şuraabad qəsəbəsi avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Nəqliyyat Nazirliyinə 4 milyon manat ayrılsın. Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

OXŞAR XƏBƏRLƏR