Prezident Obamaya başsağlığı verdi

Prezident Obamaya başsağlığı verdi
Bütün Xəbərlər
12:19 15.12.2012
883

"Məktəbdə baş vermiş dəhşətli faciə barədə xəbər məni son dərəcə sarsıtdı və kədərləndirdi"

AZXEBER.COM-un məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamaya Konnektikut ştatının Nyutaun şəhərindəki məktəbdə baş vermiş dəhşətli faciə ilə bağlı başsağlığı verib. Dövlət başçısı bu xəbərdən son dərəcə sarsıldığını və kədərləndiyini bildirib. "Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, səbir və dözüm arzulayıram".

OXŞAR XƏBƏRLƏR