Prezident İlham Əliyev Nardaranda ekstremistlərə qarşı keçirilən əməliyyatda atışma zamanı həlak olan iki polis əməkdaşını “İgidliyə görə” medalı ilə təltif edib.
Bu barədə DİN Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov məlumat verib.
Qeyd edək ki, ötən gün baş verən qarşıdurmada polis əməkdaşları Nəsibov Vüqar Eyyub oğlu və Tağıyev İsmayıl Rəsul oğlu həlak olub.
///Qafqazinfo