Prezident Siyəzən rayonuna 7 milyon manat ayırdı

MAQAZİN
11:40 12.06.2012
1870
Prezident İlham Əliyev Siyəzən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 
AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, 4 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Siyəzən-Məşrif avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 7 milyon manatı Siyəzən rayon İcra Hakimiyyətinə ayrılıb.Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

OXŞAR XƏBƏRLƏR