Rumıniya prezidenti Trayan Besesku dekabrın 9-da keçirilən parlament seçkilərindən sonra yeni nazirlər kabinetinin başçısını təyin edib. Baş nazir postuna yenidən Viktor Ponta təyin edilib. Qeyd edək ki, prezidentin siyasi rəqibi sayılan Viktor Pontanın rəhbərlik etdiyi "Sosial-liberal birlik" partiyası parlament seçkilərində səslərin 60 faizini və parlamentdə yerlərin çoxunu qazanmışdı.