Prezident təbrik etdi

Prezident təbrik etdi
Bütün Xəbərlər
07:40 06.10.2011
1409

Azərbaycan Prezidenti İlham Əliyev Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin işgüzar konfransının iştirakçılarını təbrik edib.

"Sizi - Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin işgüzar konfransının iştirakçılarını salamlayır və konfransın işə başlaması münasibətilə təbrik edirəm. 1992-ci ildə yaradılmış Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresi bu gün müəssisələrin iqtisadi və sənaye potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində səmərəli fəaliyyət göstərən təşkilata çevrilmişdir. İşgüzar konfransın keçirildiyi bu günlərdə Azərbaycan Respublikasının müstəqilliyinin 20-ci ildönümü geniş qeyd olunur", - təbrikdə deyilir. Prezident İlham Əliyev qeyd edib ki, müstəqillik illərində siyasi və iqtisadi islahatları uğurla həyata keçirən Azərbaycan regionun aparıcı dövlətlərindən olmaqla, transmilli layihələrin fəal iştirakçısıdır. "Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyasının prioritetlərindən biri də sahibkarlığın inkişaf etdirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılmasıdır. Bu istiqamətdə qəbul edilmiş müxtəlif dövlət proqramları uğurla icra olunmaqdadır. Təsadüfi deyildir ki, hazırda ölkədə ümumi daxili məhsulun 80 faizinin çoxu özəl bölmənin payına düşür və qarşıda duran bir çox vəzifələrin həyata keçirilməsində sahibkarların rolu artmaqdadır. Sahibkarlığın inkişafında iş adamlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi, onların birlikləri arasında əməkdaşlığın dərinləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Əminəm ki, Bakı şəhərində keçirilən işgüzar konfrans bu məsələlərin müzakirəsi üçün gözəl fürsət və gələcək səmərəli fəaliyyətinizə möhkəm zəmin yaradacaqdır. Konfransın işinə uğurlar arzulayıram", - təbrikdə deyilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: ABŞ və İran arasında atəşkəs səyləri çıxılmaz vəziyyətə düşüb
03:20 04.04.2026
KİV: ABŞ və İran arasında atəşkəs səyləri çıxılmaz vəziyyətə düşüb
Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti açıqlanıb
02:46 04.04.2026
Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti açıqlanıb
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
01:04 04.04.2026
“TikTok”a video yükləyərkən xəbərdarlığa məhəl qoymayanları nə gözləyir? - VİDEO
Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər
00:42 04.04.2026
Əraqçi və Fidan İrana hücumları müzakirə ediblər
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? - VİDEO
00:20 04.04.2026
Taksi ilə bağlı son qərarlar gediş haqlarına təsir göstərəcək? - VİDEO
NDU-da yeni təyinat
23:55 03.04.2026
NDU-da yeni təyinat
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
23:48 03.04.2026
Xaricdə təhsil arzusu kabusa çevrildi: Ödənilən pullar geri qaytarılmır - İDDİA - VİDEO
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
23:42 03.04.2026
"Qarabağ" – "Sabah" matçında Premyer Liqanın tamaşaçı rekordu yenilənib
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
23:39 03.04.2026
Azərbaycanla Şimali Kipr arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
23:29 03.04.2026
Müəllimlərin əməkhaqları yenidən arta bilər - YENİ TƏKLİF - VİDEO
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
23:24 03.04.2026
Gürcüstanda dəhşətli qətl: Təzə evlənən azərbaycanlı gənci qisas üçün öldürdülər - YENİ DETALLAR
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
23:20 03.04.2026
Pezeşkian: Azərbaycan hökumətinin göstərdiyi dəstəyi yüksək qiymətləndirirəm
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
23:07 03.04.2026
Kaşuk “Sabah”a keçir? - Qurban Qurbanovdan açıqlama
Bu avtobuslar ləngiyə bilər
22:59 03.04.2026
Bu avtobuslar ləngiyə bilər
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert
22:41 03.04.2026
Trampın müharibə ilə bağlı mövqeləri üst-üstə düşmür - Ekspert
Torpaq alıb fərdi yaşayış evi tikmək sərfəlidir, yoxsa almaq? - VİDEO
22:36 03.04.2026
Torpaq alıb fərdi yaşayış evi tikmək sərfəlidir, yoxsa almaq? - VİDEO