Prezidentdən Nardaranla bağlı 17,4 milyonluq - Sərəncam

Prezidentdən Nardaranla bağlı 17,4 milyonluq - Sərəncam
Bütün Xəbərlər
18:00 02.03.2016
1144

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

AZXEBER.COM xəbər verir ki, sərəncamda deyilir:

“1. Bakı şəhəri Sabunçu rayonunun Nardaran qəsəbəsinin daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 17,4 milyon (on yeddi milyon dörd yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər”.

OXŞAR XƏBƏRLƏR