Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan qadınlarının bir qrupunun “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, sərəncamda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər: Ağayeva Zenfira Hüseyn qızı İsmayılova Sənubər Abdulla qızı Məmmədova Zərifə Kamil qızı