Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiyası və əfv edilməsinə münasibət bildirib.AZXEBER.COM-un məlumatına görə, NATO-nun baş katibi Anders Foq Rasmussenlə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan prezident bəyan edib ki, Ramil Səfərovun ekstradisiyası Avropa Konvensiyasına uyğun həyata keçirilib: “Onun prezident tərəfindən əfv edilməsi isə Azərbaycan Konstitusiyasına uyğundur. Siyasi nöqteyi-nəzərdən hər şey aydındır. Azərbaycanın Avropa Konvensiyasını pozduğunu deyənlər ya reallığı görmürlər, ya da ictimai rəyi çaşdırmaq istəyirlər.