“Prezidentə bayram hədiyyəsi edəcəyəm...”

“Prezidentə bayram hədiyyəsi edəcəyəm...”
Bütün Xəbərlər
12:47 26.06.2015
2751
"Bakı-2015" I Avropa Oyunları çərçivəsində bu gün tatamiyə Azərbaycanın son məşəldarı, cüdoçu İlham Zəkiyev çıxacaq.
AZXEBER.COM-un məlumatına görə, 2 dəfə paralimpiya oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu, əməkdar idman ustası, "Şöhrət" ordeni, "Tərəqqi" medalı, "Heydər Əliyev" Fondunun təsis etdiyi Beynəlxalq "Qızıl çinar" mükafatları laureatı İlham Zəkiyev bu gün onun üçün 3 qat sevincli olduğunu deyir:
“Bu gün Azərbaycan Silahlı Qüvvələr Günüdür. Mən özümə söz vermişəm ki, bu yarışdan mütləq qalib ayrılıb və cənab Prezident İlham Əliyevi, xalqımızı daha bir qızıl medalla sevindirim. Qızıl medal qazanacam və düşünürəm ki, bu prezidentə bayram hədiyyəsi olacaq. Bundan başqa, bu gün mənim oğlum Həmzənin 2 yaşı tamam olur. Qələbəm həm də oğlum üçün hədiyyə olacaq”, - deyə İlham Zəkiyev ans press-ə açıqlamasında deyib.
İ.Zəkiyev rəqibilə günorta saatlarında münasibətlərə aydınlıq gətirəcək. Onun rəqibi isə I görüşdə qarşılaşacaq yunan və türk pəhləvanlarından biri olacaq.
Onun sözlərinə görə, zədəli olsa da, bu ona mane olmayacaq. "Bu görüşdən mütləq qalib ayrılacağam".
OXŞAR XƏBƏRLƏR