AZXEBER.COM AzVision.az-a istinadən verdiyi məlumatına görə, qatarda olan həmyerlilərimiz Gürcüstan prezidenti ilə “selfie” çəkdiriblər.
AZXEBER.COM-un məlumatına görə, Gürcüstan prezidentiylə foto çəkdirən qızlar "Lider Televiziyası"nın əməkdaşlarıdır.
Prezidentlə "selfie" edən Türkan Mahmudova bu haqda portalımıza danışıb: "Biz sürət qatarıyla Tbilisidən Batumiyə gedirdik. Bir az sonra qatara Gürcüstan prezidenti və onun ailəsi mindi. Maraqlıdır ki, mühafizəçilər kənarda dayanmışdılar və prezidentə yaxın gəlmirdilər. Marqvelaşvili insanlarla söhbətləşir və onların problemlərini dinləyirdi, qatarda çox səmimi ab-hava var idi. Hətta prezidentin özü bir neçə dəqiqə qatarı idarə etdi.
Xanım jurnalist prezidentlə "selfie"ləri haqda da danışıb: "Biz Marqvelaşviliyə yaxınlaşdıq və ona Azərbaycandan gələn jurnalistlər olduğumuzu dedik. O da bizi çox səmimi salamladı və "selfi" çəkdirmək istəyimizi məmnuniyyətlə qarşıladı. Bizdən sonra demək olar ki, bütün qatar sərnişinləri onunla şəkil çəkdirdi.
Həmin fotonu təqdim edirik:


