Prezidentin 2500 əsgəri müxalifət cəbhəsinə keçdi

Prezidentin 2500 əsgəri müxalifət cəbhəsinə keçdi
Bütün Xəbərlər
14:05 20.02.2012
1684

Suriya ordusundan ayrılan 2500 əsgər prezident Bəşar Əsad rejiminə qarşı mübarizə aparacaqlarına dair birgə and içib.

AZXEBER.COM-un TRT-yə istinadən verdiyi məlumata görə, video paylaşım saytlarına yüklənən görüntülərdə suriyalı müxaliflərin "qanlarını və ruhlarını Əsad rejiminin yıxılması üçün fəda edəcəklərini və nümayişlərə çıxan xalqı qoruyacaqlarını" söyləyərək and içdikləri görünür.

Əsgərlər "Canımız və ruhumuz bahasına Əsad rejimini devirəcəyimizə, dinc vətəndaşları qoruyacağımıza, quruda, havada və dənizdə ölkəmizi qoruyacağımıza, çoxpartiyalı demokratik sistemin qurulması üçün çalışacağımıza, beynəlxalq müqavilələlərə hörmət edəcəyimizə and içirik" deyiblər.

Andiçmə mərasimindən sonra əsgərlərin sözçüdü Suriya ordusundan qopan əsgərlərin özlərinə "Müaviyə bölüyü" adını verdiklərini və Azad Suriya ordusuna qoşulduqlarını açıqlayıb.

OXŞAR XƏBƏRLƏR