Prezidentin başına 25 milyon dollar qoyuldu

DÜNYA
07:27 18.09.2012
2292
Suriya müxalifəti prezident Bəşər Əsədin başına pul qoyub.
AZXEVER.COM-un məlumatına görə, Azad Suriya ordusunun komandanlarından Əhməd Hicazi bəyan edib ki, bu pulu ölkə daxilində və xaricdə müxalifəti dəstəkləyən suriyalı iş adamları ödəyəcəklər.
Suriya ordusundan qaçaraq müxalifətin tərəfinə keçən Əhməd Hicazi təhlükəsizlik baxımından maliyyəni ayıran iş adamlarının adlarını açıqlamayıb. Amma Bəşər Əsədin başına qoyulan pulun məbləği elan edilib: “Bəşər Əsədi ölü və ya diri ələ keçirən şəxsi 25 milyon dollar mükafat gözləyir. Düzdür, həmin şəxs 25 milyondan daha artığına layiqdir. Lakin toplaya bildiyimiz bu qədərdir”, - müxalifətçi hərbçi bildirib.

OXŞAR XƏBƏRLƏR