Prezidentin bu ilin 7 ay ərzində iştirak etdiyi açılış mərasimləri - SİYAHI

Prezidentin bu ilin 7 ay ərzində iştirak etdiyi açılış mərasimləri - SİYAHI
SİYASƏT
16:28 03.08.2026
238
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 3-də "AzərEnerji" ASC-nin 220/110/10 kV-luq "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib.
 
Dövlət başçısı cari ilin ötən dövrü ərzində energetika, sənaye, nəqliyyat, təhsil, mədəniyyət, turizm və yaşayış infrastrukturu sahələrini əhatə edən çoxsaylı obyektlərin açılış mərasimlərində iştirak edib. 

Bununla yanaşı, Prezident İlham Əliyev ölkə daxilində və xaricdə keçirilən beynəlxalq forumların, sərgilərin və digər mühüm tədbirlərin rəsmi açılışlarında da iştirak edib.

AZXEBER.COM Prezident İlham Əliyevin 2026-cı ilin yanvar-avqust aylarında iştirak etdiyi əsas açılış mərasimlərini təqdim edir:

8 yanvar - Bakıda, "Gülüstan" sarayında Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.

13 yanvar - Prezident İlham Əliyev Ağdərə rayonunun Qozlukörpü kəndində "Qozlukörpü" Su Elektrik Stansiyasının açılışında iştirak edib.
Həmin gün dövlət başçısı yenidənqurmadan sonra istifadəyə verilən Tərtər Elektromexanika Zavodunun yeni istehsal müəssisəsinin də açılışında iştirak edib.

27 yanvar - Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında "Azermirror" MMC-nin güzgü vərəqələrinin istehsalı zavodunun açılışında iştirak edib.

25 fevral - Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılış mərasimi keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.

26 fevral - Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.

23 mart - Prezident İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən inşa edilən Şamaxı Avropa Liseyinin yeni binasının açılışında iştirak edib.
Həmin gün dövlət başçısı Şamaxı rayonunda fəaliyyətə başlayan "Şirvan Aqro" heyvandarlıq kompleksinin də açılışını edib.

25 mart - Prezident İlham Əliyev "AzərEnerji" ASC-nin "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib.

8 aprel - Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Milli Aviasiya Akademiyasında yaradılmış Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak ediblər.

17 aprel - Türkiyənin Antalya şəhərində keçirilən V Antalya Diplomatiya Forumunun açılış mərasimində Prezident İlham Əliyev iştirak edib.

1 may - Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhərinin Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidənqurmadan sonrakı açılışında iştirak ediblər.

9 may - Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışında iştirak ediblər.
Həmin gün Prezident İlham Əliyev Cəbrayıl rayonunda "AzərEnerji" ASC-nin 330 kV-luq "Şəfəq" yarımstansiyasının açılışında da iştirak edib.

10 may - Prezident İlham Əliyev Zəngilan şəhərində inşa olunan 104 mənzilli birinci yaşayış kompleksinin açılışında iştirak edib, sakinlərlə görüşərək mənzillərin açarlarını təqdim edib.

18 may - Bakıda Ümumdünya Şəhərsalma Forumunun XIII Sessiyasının (WUF13) açılış mərasimi keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

28 may - Prezident İlham Əliyev Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulan Mədəniyyət Mərkəzinin açılışında iştirak edib.
Həmin gün dövlət başçısı Xocalıda "Qarabağ Tekstil Evi" MMC-nin açılışında da iştirak edib.

1 iyun - Bakı Ekspo Mərkəzində "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində Prezident İlham Əliyev iştirak edib.

3 iyun - Prezident İlham Əliyev Azərbaycan Mərkəzi Bankının yeni inzibati binasının açılışında iştirak edib.

18 iyun - Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib.

11 iyul - Prezident İlham Əliyev Xankəndi hotelinin açılışında iştirak edib.
Həmin gün dövlət başçısı Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa olunan "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub. Hotelin rəsmi açılışı 2023-cü ildə baş tutub.
Prezident İlham Əliyev daha sonra Şuşada tarix-memarlıq abidəsi olan "Sadıqcanın evi"nin bərpadan sonrakı açılışında iştirak edib.

Elə həmin gün Laçın rayonunda Hoçaz çayı üzərində inşa olunan 14,7 meqavat gücündə "Ağbulaq-1", 14,25 meqavat gücündə "Ağbulaq-2" və 4 meqavat gücündə "Şeylanlı" Su Elektrik Stansiyalarının açılışı onlayn formatda Prezident İlham Əliyevin iştirakı ilə həyata keçirilib.

13 iyul - Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. Prezident İlham Əliyev tədbirdə iştirak edib, həmçinin forum iştirakçılarının suallarını cavablandırıb.

31 iyul - Qırğızıstanın İssık-Kul gölünün sahilində inşa edilmiş beşulduzlu "Baku Resort & Spa" hotelinin açılışı olub. Tədbirdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

3 avqust - Prezident İlham Əliyev "AzərEnerji" ASC-nin 220/110/10 kV-luq "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR