Prezidentin “dəmir yumruğ”u Paşinyanı geri addım atmağa məcbur etdi

Prezidentin “dəmir yumruğ”u Paşinyanı geri addım atmağa məcbur etdi
KÖŞƏ
14:49 15.12.2020
1217
Hacıbəy Heydərli, 
 
AZXEBER.COM-un baş redaktoru
 
Dünən sosial şəbəkələrdə belə bir xəbər yayıldı: Dilqəm və Şahbaz Azərbaycana gətirilir. Bu xəbəri eşidən kimi ağlıma ilk olaraq bu fikir gəldi: Görəsən, bu adamlar indi hansı hissi keçirir? 

Mənə görə heç bir rejissor, heç bir yazar bu adamların həyatını, yaşadıqlarını çəkə bilməz, yaza bilməz. Siz nələr çəkmisiniz, Dilqəm və Şahbaz?

Ata-analarının məzarını ziyarət edərkən həbs olundular, 6 il tövləni xatırladan Şuşa həbsxanasında qaldılar, hər yanları erməni, hər tərəfləri düşmən. Hər torpaq geri qayıtdıqca onlardan əsəbini çıxan nəzarətçi. Yaxını, dostu gəbərdilən erməninin bu şəxslərin üstünə hücum çəkməsi və biz bilmədiyimiz dəhşətli faktlar.

Həbs olunarkən Dilqəm Əsgərova məhkəmədə bir çox ittiham irəli sürülmüşdü və əfv olunması üçün ərizə yazılması tələb olunmuşdu. Əgər Dilqəm Əsgərov bu ərizə ilə müraciət etsə idi, ona ömürlük yox, 15-20 il iş verəcəklərini vəd edirdilər. Lakin Dilqəm kağıza bir kəlmə söz yazır: "təki qeyrətimiz sınıxmasın".

Ömürlük həbs cəzası alsa da, qüruru onu bütün Azərbaycana sevdirdi. Bəlkə də bir ümidi qalırdı ki, nə vaxtsa Vətənə dönərəm...

İllər keçir və Müzəffər Azərbaycan Ordusu Şuşanı azad edir, ancaq sən yenə də azad oluna bilmirsən. Alçaq düşmən səni aparır İrəvana, sonra da geri verməmək üçün deyir koronavirusa yoluxmusan və yenə də sənin əlindən heç nə gəlmir, yalnız susursan, yalnız nəyisə gözləyirsən...

Və anidən bir gün səni gətirirlər Bakıya. Eşidirsən ki, həbsxanasında yatdığın Şuşa da, ziyarətinə getdiyin Kəlbəcər də işğaldan azad edilib və sən özün də azadsan... 

Bəs necə oldu ki, ermənilər bu addımı atmağa məcbur oldu? 

Hər kəsə bəlli idi ki, Ermənistan heç vaxt öz xoşuyla Dilqəmlə Şahbazı Azərbaycana verməyəcəkdi. Son ana qədər ermənilər bunu düşünmürdülər. Hətta Avropa Məhkəməsinin qərarlarını da saya almırdılar. 

Yalnız Cənab Prezidentin qətiyyəti, iradəsi və Azərbaycan Ordusunun qələbələri onları bu addımı atmağa məcbur etdi. 

Paşinyan dəmir yumruğu başında hiss etdiyi üçün bizim dediyimiz "hamının hamıya” prinsipi ilə razılaşdı. 

Prezident İlham Əliyev "Mən hər bir azərbaycanlının Prezidenti olacam” sözünə sadiq qaldığını bir daha sübut etmiş oldu. 
Macarıstandan Ramil Səfərovun ekstradisiyası, Milli qəhrəman Mübariz İbrahimovun nəşinin qaytarılması, indi isə Şahbaz Quliyev və Dilqəm Əsgərovun Vətənə gətirilməsinin təmin olunması buna əyani sübutdur.

Təşəkkürlər, Cənab Prezident, Təşəkkürlər, Müzəffər Azərbaycan Ordusu!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
18:21 21.07.2026
WSJ: İsrail ABŞ-ni İrana qarşı genişmiqyaslı zərbələri bərpa etməyə inandırmağa çalışır
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
17:59 21.07.2026
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşdi - SİYAHI
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
17:36 21.07.2026
Direktorların işə qəbulu üzrə müsahibə mərhələsi başlayır
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
17:33 21.07.2026
Bərdədə kanalda batan şəxsin meyiti tapıldı
Salyandakı qəzada ölənlərin - Fotoları
17:32 21.07.2026
Salyandakı qəzada ölənlərin - Fotoları
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
17:15 21.07.2026
“Vital Hospital”dakı hadisədən sonra bu məsələ gündəmə gəldi – Rəsmi Cavab
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
17:08 21.07.2026
İş saatlarının dəyişdirilməsi Bakıda tıxac problemini həll edəcəkmi? – “Bu kifayət etməyəcək”
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
16:52 21.07.2026
Hikmət Hacıyevlə Tural Sadıqlının dialoqu: "Vətənə xəyanət bədbəxtlikdir" - VİDEO
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
16:43 21.07.2026
İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
16:22 21.07.2026
Özəl bağçalara dövlət yardımı: Valideynlər üçün hansı imkanlar yaranır?
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
16:16 21.07.2026
Paşinyandan heyrətamiz faşist Njde QƏRARI
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
16:15 21.07.2026
“TikTok-da tanış oldum, həkim olduğunu dedi” – Estetik əməliyyat qalmaqalı
Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
16:12 21.07.2026
Marsol Academy-nin Amerika Yay Məktəbi proqramı uğurla yekunlaşdı - FOTOLAR
Prezident: Almaniya ilə enerji sahəsində əməkdaşlıq çox geniş sahədə olacaq
16:05 21.07.2026
Prezident: Almaniya ilə enerji sahəsində əməkdaşlıq çox geniş sahədə olacaq
İlham Əliyevlə Merts mətbuat konfransı keçirir
15:56 21.07.2026
İlham Əliyevlə Merts mətbuat konfransı keçirir
Qabiliyyət imtahanında inşanı kompüterdə yazacaqlar - Abituriyentlərin nəzərinə!
15:50 21.07.2026
Qabiliyyət imtahanında inşanı kompüterdə yazacaqlar - Abituriyentlərin nəzərinə!