Media Hüququ İnstitutunun rəhbəri, tanınmış media eksperti Rəşid Hacılı Prezident İlham Əliyevin əfv sərəncamını dəstəklədiyini deyib.
AZXEBER.COM xəbər verir ki, media eksperti bu haqda şəxsi "facebook" səhifəsində yazıb: "Əfv olunub azadlığa qovuşanları təbrik edirəm, yaxınlağına gözaydınlığı verirəm. Prezidentin əfv qərarını alqışlayıram. Doğru istiqamətdə atılmış addım kimi dəyərləndirirəm. Kolay gəlsin, davamı gəlsin deyirəm. Əminəm ki,içəridə qalanların təzliklə azad edilməsi milli həmrəyliyimizin güçlənməsinə, Dünyanın bu təlatümlü zamanında möhkemlənməmizə, nəticədə hamımıza, bütün Azərbaycana yalnız fayda gətirəcək".