Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ

Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
SOSİAL
15:53 25.06.2026
640

SSRİ-nin Türkiyədəki səfirliyində birinci katib-müşaviri, Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı, neft şirkətinin vitse-prezidenti…

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hüseyn Rzaqulu oğlu Quliyevi geri çağırılıb.

AZXEBER.COM H.Quliyevin dosyesini təqdim edir:

Quliyev Hüseyn Rzaqulu oğlu 23 iyun 1946-cı ildə Naxçıvan şəhərində anadan olub. 1953–1965-ci illərdə Naxçıvan şəhəri, 3 saylı orta məktəbində oxuyub. 1965–1970-ci illərdə M. Azizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun mühəndis-texnoloq ixtisası üzrə təhsil alıb.

1970–1991-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı olub.

1978–1982-ci illərdə SSRİ-nin Kiprdəki səfirliyində birinci katib-müşaviri işləyib. 

1984–1990-cı illərdə SSRİ-nin Türkiyədəki səfirliyində birinci katib-müşaviri işləyib.

1991–1995-ci illərdə Moskva şəhərində Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı olub. 

1995–1997-ci illərdə "İDİL" Türk inşaat şirkətinin Rusiya nümayəndəliyi, 1997–2007-ci illərdə Rusiyanın "Trans-nafta" şirkətinin vitse-prezident vəzifəsində çalışıb. 

2007–2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdiri olub.

2009–2012-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi, İdarə rəisi, 2012-ci ildən Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. 

Evlidir, iki uşağı və üç nəvəsi var.

Qeyd edək ki, 22 iyun tarixində Prezident İlham Əliyev Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib.

OXŞAR XƏBƏRLƏR