Prezidentin iradları apteklərdə nəyi dəyişib?

Prezidentin iradları apteklərdə nəyi dəyişib?
Bütün Xəbərlər
10:11 14.04.2015
995

Azad İstehlakçılar Birliyinin sədri: “Ölkəyə külli miqdarda keyfiyyətsiz dərmanlar gətirilə bilər”

Manatın devalvasiyasından sonra apteklərdə də qiymət artımı başladı. Hətta bəzi apteklər qapılarını bağladı, bəziləri isə piştaxtaları boşaldaraq açıq etiraf etdilər ki, dərman bazarında inhisarçı mövqedə olan “Avromed Company” MMC depolarını bağlayıb və dolların “son dayanacağını” gözləyir. Bir müddət sonra, yəni dolların kursu sabitləşən kimi apteklər kifayət qədər bahalaşmış preparatlarla yenə doldu.

Prezident İlham Əliyev ötən həftəsonu Nazirlər Kabinetinin iclasında bu məsələni gündəmə gətirib və dərman bazarında hökm sürən vəziyyətə narazılığını bildirib. Prezident dərmanların baha satıldığını deyib və səhiyyə nazirinə bu sahədə hökm sürən özbaşınalıqların aradan qaldırılması üçün tapşırıqlar verib.
Prezidentin çıxışından sonra apteklərdəki vəziyyətlə tanış olmaq üçün metronun “Neftçilər” stansiyası yaxınlığında yerləşən bir neçə aptekə baş çəkdik. Müşahidələrimiz hələ ki dəyişən bir durum olmadığını göstərirdi. Bir sıra apteklərdə yenə də dərman qıtlığı vardı. Eyni ərazidə yerləşən aptekdə bir dərman digərinə nisbətən 2 manat arasında baha satılırdı. Aptek işçisindən əvvəlcədən kağıza yazdığımız dərmanların olub-olmadığını soruşduq. Reseptdə göstərilən 5 dərmandan yalnız birinin olduğunu deyən əczaçı xanım digər dərmanların indi gətirilmədiyini bildirdi. Bunun da səbəbini depoda həmin dərmanların olmaması ilə əlaqələndirdi. Daha sonra baş ağrısına qarşı olan “Spazmolqin” dərmanını verməyini xahiş etdik. Ancaq bu dərman da yox idi. Əczaçı xanım həmin dərmanın əvəzində başqa dərmanlar təklif etdi.
Növbəti baş çəkdiyimiz aptekdə də qripə qarşı “Rinza” dərmanını soruşduq, o da yox idi. Aptekçi artıq bir sıra dərmanların gəlmədiyini, baha olduğu üçün almadıqlarını bildirdi:“Dərmanların çoxu xaricdən gətirilir. Xaricdən gətirilən dərmanlar isə depodan buraxılmır. Yəni gətirmirlər. Çünki əvvəlki qiymətə satmaq sərf etmir. Baha satanda da camaat narazılıq edir. Düzdür, elə dərmanlar var ki, insanlar səhhətinə görə onu od qiymətinə də olsa almağa məcbur olurlar. Biz də istəmərik belə olsun. Amma bu bizdən asılı bir şey deyil. Mən sadəcə olaraq satıcıyam. O məsələlər mənim boyumu aşar”.
Alıcılar da mövcud vəziyyətdən narazı idilər. Alıcı Sevda Rəhimova axtardığı dərmanı tapmaq üçün bir neçə aptekə getməli olduğunu deyir:“Üç dərman alacamsa əvvəl onun üçünü də bir aptekdən alıb çıxa bilirdim, indi gərək üç aptek gəzim. Çünki dərman qıtlığı var. Axtardıqlarımı tapa bilmirəm”.
Digər alıcı Elxan Qədirov isə qiymətlərin fərqliliyindən şikayətləndi:“8 manata aldığım dərmanı bir aptekdə 9 manat 80 qəpiyə, o biri aptekdə isə 11 manata görürəm. Mən başa düşə bilmirəm ki, bu nə deməkdir? Xaricdən gətirilən dərmanların bahalaşmasını başa düşürəm. Dollara görədir. Amma bizi də başa düşsünlər. Təqaüdüm heç dərmanlarımı ödəmir”.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, xaricdən ölkəmizə keyfiyyətsiz dərman gətirilə bilər:“Bu problemlə bağlı Səhiyyə Nazirliyinə və İqtisadiyyat Nazirliyinə məktub yazmışam. Bu məsələdə aşkarlığın təmin olunması, prezidentin tapşırıqlarının nə dərəcədə yerinə yetirilməsinə əmin olmaq üçün Azad İstehlakçılar Birliyi o prosesdə təmsil olunmaq istəyir. Sadaladığınız problemlər var və danılmazdır.
Məsələn, ”Kanon" deyilən məşhur aptek şəbəkəsi az işləyir ki, əhaliyə dərmanı az satsın. Dərmanların qıtlığı barədə də əhali bizə zəng edib şikayət edir. Bütün bunların qarşısını almaq üçün ölkə prezidenti müəyyən işlərin görülməsi üçün tapşırıqlar verib. Ola bilər ki, qiymət aşağı düşsün, lakin monopoliya olsun.
OXŞAR XƏBƏRLƏR