"Anonymous" adlanan haker qrupu Bəşər Əsədin administrasiyasının kargüzarlıq ofisinin elektron poçtunu qırmağa müvəffəq olub və yüzlərlə məktub ictimaiyyətə məlum olub. Hakerlər Suriya prezident administrasiyasının rəhbəri Mənsur Əzzam və prezidentin ictimaiyyətlə əlaqələr üzrə məsləhətçisi Butan Şabanın elektron ünvanlarının çox sadə olan 12345 şifrəsini tapmaqda çətinlik çəkməyiblər. Məktublardan məlum olub ki, Bəşər Əsəd ABŞ-ın ABC telekanalına müsahibə verməyə hazırlaşırmış. Suriyanın birinci xanımı Əsma Əsəd isə Böyük Britaniyanın "The Times" qəzetinə elektron məktub yazaraq, Bəşər Əsədin bir qrup suriyalının deyil, bütün Suriyanın prezidenti olduğunu və məhz bu rolunda da onu dəstəklədiyini bildirib. Əsma Əsəd özünün də Suriyada dialoqa başlamaq üçün səylər göstərdiyini deyib.