Prezidentin qızını şantaj edən şəxs tutuldu

Bütün Xəbərlər
23:14 17.11.2010
2357

təqsiri sübuta yetirilən Saaremaa adasının 17 yaşlı sakini Kyatlin (soyadı açıqlanmır) məhkəmənin hökmü ilə 2 il 8 ay müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Bundan başqa, təqsirləndirilən şəxs məhkəmə xərcləri üçün 13 min kron (1100 dollar) ödəməlidir.

Kyatlin Estoniya prezidenti Toomas İlvesin birinci nikahdan olan və hazırda ABŞ-da yaşayan qızı Yuliya Kristiynenin elektron poçt ünvanına təhdid dolu məktublar göndərib. Araşdırmalar nəticəsində müəyyən olunub ki, qızlar arasında tanışlıq olmayıb. Böyük ehtimalla Kyatlin Yuliyanın elektron poçt ünvanını “Facebook” sosial şəbəkəsindəki səhifəsindən əldə edib.

Təqsirləndirilən şəxs məktublarında prezidentin qızından ona bir neçə milyon kron (1 mln. kron = 86 min dollar) ödəməyi tələb edib. Bu zaman o, adını və Estoniyadakı bank hesablarını açıqlayıb. Bu səbəbdən hüquq-mühafizə orqanlarının əməkdaşları onu tapmaqda çətinlik çəkməyiblər. İstintaq zamanı müəyyən edilib ki, Kyatlin öz hədələrini həyata keçirmək imkanında olmayıb. O, ifadəsində prezidentin qızı ilə zarafat etdiyini bildirib.

OXŞAR XƏBƏRLƏR