AZXEBER.COM-un məlumatına görə, prezidentin qızı öz övladları ilə ilaxır çərşənbə münasibətilə təşkil olunmuş bayram şənliyində iştirak edib.Qeyd edək ki, tədbirdə Novruz bayramı münasibətilə şou proqram təqdim olunub. Uşaqlara Novruz bayramının adət-ənənələri barədə məlumat verilib, viktorina və müxtəlif oyunlar keçirilib.Konsert proqramı ilə davam etdirilən tədbirin sonunda uşaqlara hədiyyələr paylanılıb.












